"Shamakhi Open" beynəlxalq şahmat festivalında 2 şahmatçı şərikli liderdir. Sport24.az xəbər verir ki, dörd turdan sonra təmsilçilərimiz Xəzər Babazadə və Xaqan Əhməd 3,5 xalla turnir cədvəlinin üst pillələrində qərarlaşıblar.
Babazadə ukraynalı Vitali Bernadski ilə heç-heçə edib, Əhməd isə Vüqar Manafova qalib gəlib. Bernadski liderlərdən yarım xal geri qalaraq üçüncü yerdədir.
Q
eyd edək ki, "Shamakhi Open" Şahmat Federasiyasının təşəbbüsü ilə "Chess Tour Azerbaijan" çərçivəsində keçirilir.