Azərbaycanın qadın şahmatçısı Günay Məmmədzadə Çinin Sian şəhərində keçirilən “The Belt and Road 2023 to World Chess Woman’s Summit” beynəlxalq turnirinin qalibi olub. Sport24.az xəbər verir ki, qadınlardan ibarət milli komandanın lideri 11 turdan 8,5 xal toplayaraq 1-ci yeri tutub.
Məmmədzadə ilə eyni xala malik blits üzrə ikiqat dünya çempionu Bibisara Assaubayeva (Qazaxıstan) əlavə göstəricilərə görə geri qalaraq yarışı 2-ci pillədə başa vurub.
Qeyd edək ki, turnirdə 7 ölkədən 12 şahmatçı iştirak edib.