Qazaxıstanın paytaxtı Astanada Şahmat Tacı uğrunda turnirin 4-cü görüşü geridə qalıb. Sport24.az xəbər verir k, seriyanın 2-ci oyununda qalib gələn, digər iki partiyada heç-heçəyə razılaşan Yan Nepomnyaşi gözlənilmədən bu dəfə üstünlüyü əldən verib.

Mittşpildə kobud səhvə yol verən rusiyalı qrossmeyster ağ fiqurlarla oynayan Dinq Lirenə təşəbbüsü ələ almağa şərait yaradıb. Nəticədə 47-ci gedişdə məğlubiyyətin qaçılmaz olduğunu anlayan Nepomnyaşi təslim olub.

Görüşdən sonra çinli qrossmeyter hesabı bərabərləşdirdiyinə inana bilmədiyini söyləyib. Liren 28-ci gedişdə Yanın səhvindən yararlanmağa borclu olduğunu bildirib. Nepomnyaşi lövhədə vəziyyəti doğru dəyərləndirə bilmədiyinə görə səhvə yol verdiyini diqqətə çatdırıb. O, həmin andan sonra konstentrasiyanı itirdiyini etiraf edib.

Beləliklə, 4 oyundan sonra seriyada hesab bərabərləşib – 2:2.

Sabah turnirdə istirahət günüdü.