Bu gün I Liqada 25-ci tur başa çatır. Sport24.az xəbər verir ki, sonuncu oyun gününə 3 qarşılaşma keçiriləcək.
"Qaradağ Lökbatan" "doğma divarlar" arasında MOİK-lə üz-üzə gələcək. "Karvan" səfərdə "Zaqatala"nın qonağı olacaq. "İmişli"ni isə iMingəçevir səfəri gözləyir.
Qeyd edək ki, "Qəbələ" artıq I Liqada çempionluğu rəsmiləşdirib. "İmişli" və "Karvan" növbəti mövsüm üçün Misli Premyer Liqasına vəsiqəni təmin ediblər.
9 may (cümə)
17:00. "Qaradağ Lökbatan" – MOİK
Hakimlər: Rauf Cabarov, Orxan İbişov, Sənan Atayev, Emin Əliyev
Lökbatan OİK stadionu
17:00. "Zaqatala" – "Karvan"
Hakimlər: Murad Səlimov, Elman Kərimov, Elmin Süleymanov, İslam Məmmədov
Zaqatala OİK stadionu
17:00. "Mingəçevir" – "İmişli"
Hakimlər: Nicat İsmayıllı, Mirnihad Seyidov, Asif Abdullayev, Niyaz Əhmədov
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)
8 may (cümə axşamı)
"Qəbələ" – "Cəbrayıl" - 3:1
"Bakı Sportinq" – "Difai" - 1:2