Dani Alveşin təcavüz ittihamı ilə bağlı 14 ay həbsdə qalmasına səbəb olan məhkəmə prosesi hələ tam başa çatmayıb. Sport24.az xəbər verir ki, braziliyalı futbolçu əvvəlcə bəraət alsa da, Barselona prokurorluğu bu qərarla razılaşmayaraq, İspaniyanın Ali Məhkəməsinə apellyasiya şikayəti verib.

 

Bu, Alveşin yenidən İspaniya ədliyyəsi ilə qarşılaşa biləcəyi deməkdir. 

 

Qeyd edək ki, məlum hadisə 2022-ci ilin dekabrında baş verib, Alveş isə 2023-cü il yanvarın 18-də həbs olunmuşdu.