Mövsümün sonunda Karlo Ançelotti ilə yollarını ayırmağı planlaşdıran "Real"ın yeni baş məşqçisi müəyyənləşmək üzrədir. Sport24.az xəbər verir ki, Madrid klubunu yeni mövsümdə Xabi Alonso çalışdıracaq.
Bu barədə "Marca" nəşri mlumat yayıb.
"Real" artıq ispan mütəxəssislə razılıq əldə edib. Alonso ilə 3 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Xabi Alonso 2022-ci ildə baş məşqçi təyin olunduğu "Bayer"lə ötən mövsüm Amaniya Bundesliqasının qalibi olub.