"Çelsi"nin baş məşqçisi Enzo Mareska "Yurqorden" üzərində qələbəni (1:0) və komandasının Konfrans Liqasının finalına yüksəlməsini şərh edib. Sport24.az xəbər verir ki, UEFA-ya açıqlama verən italiyalı mütəxəssis komandasının çempion olacağına inandığını bildirib:
"Hazırlıqlarımız işə yaradı, finala çıxdığımız üçün çox şadam. İndi finala hazırlaşmaq üçün 20 günümüz var. Ümid edirəm ki, bu kuboku qazana bilərik. Yaxşı formadayıq, yaxşı nəticələr seriyamız var. Amma indi 72 saatdan sonra "Nyukasl"a qarşı oyunumuz var və diqqətimizi bu matça yönəltməliyik. Vacib oyundur. 16 yaşlı Uolşa gəldikdə, görürsüz, layiqli futbolçudur. O, bizə yaraşan futbolçulardandır, çox yaxşı səviyyədədir. Təbii ki, o, gəncdir və hələ görəcəkləri çox şey var. Biz onun adına çox xoşbəxtik, ailəsi üçün də çox xoşbəxtik və o, bu andan həzz almalıdır"