"Qalatasaray"ın hücumçusu Viktor Osimhen İtaiyaya qayıda bilər. Sport24.az xəbər verir ki, "Yuventus" müqavilə ilə "Napoli"yə məxsus olan nigeriyalı futbolçunu transfer etmək istəyir.

 

Bu barədə "Correire Dello Sport" nəşri məlumat yayıb.

 

"Yuventus" Osimhen üçün Neapol klubu ilə danışıqlara başlamağı planlaşdırır. Turinlilər 26 yaşlı forvard üçün 85 milyon avro ödəməyə hazırdır.

 

Qeyd edək ki,"Qalatasaray" Viktor Osimheni ötən ilin sentyabr ayında icarəyə götürüb. Ulduz futbolçu "sarı-qırmızıların heyətində meydana çıxdığı 37 rəsmi maçda 33 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.