"Barselona"nın sabiq baş məşqçisi Xavi "Real"ın çalışdırıcısı Karlo Ançelottiyə ünvanlanan tənqidlərə münasibət bildirib. Sport24.az xəbər verir ki, o, bu barədə "Marca"ya açıqlama verib:

 

"Ançelotti 10 ildə xeyli titul qazandı və buna baxmayaraq o, çox tənqid olunur. İspaniyada çox təzyiq var. Bu, xüsusilə "Barselona" və "Real"da hiss olunur".

 

Qeyd edək ki, bir müddət əvvəl Ançelottinin növbəti "El Klasiko"dan sonra "Real"dan ayrılacağı ilə bağlı xəbərlər yayılıb. Oyun bazar günü, mayın 11-də La Liqanın 35-ci turu çərçivəsində baş tutacaq.