Rusiyalı şahmatçı Aleksandra Kostenyuk vətəndaşlığını dəyişib. Sport24.az xəbər verir ki, 12-ci dünya çempionu bundan sonra İsveçrə bayrağı altında çıxış edəcək.

38 yaşlı qrossemysterin yeni qeydiyyatını artıq FİDE-nin rəsmi portalı da təsdiqləyib. Xatırladaq ki, Aleksandra son vaxtlar beynəlxalq turnirlərdə məhz FİDE-nin bayrağı altında çıxış edirdi.

Kostenyuk sonuncu dəfə fevralın sonunda Münhendə keçirilən mövsümün ikinci Qran-prisində qalib gəlib. O, 2004-cü ildə qadınlar arasında Avropa, 4 il sonra isə dünya birinciliyində çempionluq sevinci yaşayıb. Aleksandra 14 yaşından qrossmeyster adını qazanıb.