Rusiya Şahmat Federasiyası (RŞF) Avropadan Asiyaya keçir. Sport24.az xəbər verir ki, artıq federasiyanın Müşahidə Şurası məsələ ilə bağlı yekun qərar qəbul edib.

Rusların Asiya Şahmat Federasiyasına (AŞF) keçidi məsələsi isə fevralın 28-də həll olunacaq. Həmin gün AŞF-nin Baş Assamblesiyası son qərarı verəcək. Rusiya mətbuatı bu məsələ ilə bağlı AŞF ilə razılıq əldə olunduğunu yazır.

Bu proses yekunlaşsa, Rusiya idman tarixində ilk yaşanacaq. Belə ki, Rusiyada bütün idman federasiyaları Avropadakı idman qurumlarına tabedir. RŞF isə Asiyaya üz tutan ilk idman təşkilatı kimi tarixə düşəcək.