Məşhur rusiyalı qrossmeyster Aleksandr Qrişuk Rusiya Şahmat Federasiyasının Asiya Şahmat Federasiyasının tərkibinə qoşulmasına münasibət bildirib. Sport24.az xəbər verir ki, blits üzrə 3 qat dünya çempionu bu keçidin əleyhinə olmadığını söyləyib: “Doğrudur, biz ağır vəziyyətlə üzləşdik. Bu proses mayda yekunlaşacaq. Amma onu da nəzərə alaq ki, Asiyada çox yüksək rəqabət var. Özbəkistan ötən il Dünya Şahmat Olimpiadasının qalibi oldu, Hindistan ikinci yeri tutdu, Çin isə dünya çempionatında birinci yerə sahib çıxdı. Bu üç ölkədə şahmatın səviyyəsi çox yüksəkdir. Qalanları bir qədər zəifdir. Asiyada keçirilən yarışlarda qüvvəmi sınamaq istəyərdim”.
Qrişukdan fərqli 12-ci dünya çempionu Anatoli Karpov bu keçiddə müsbət heç nə görmədiyini söyləyib. O, federasiya daxilində bu keçidin əleyhinə səs verdiyini etiraf edib. Əfsanəvi şahmatçı Avropanı Asiyaya dəyişməyin Rusiyaya heç nə verməyəcəyini iddia edib.