Norveç Şahmat Federasiyası qapısını vətəndaşlığını dəyişmək istəyən rusiyalı zəka ustaların üzünə açmağa hazırdı. Sport24.az xəbər verir ki, qurumun prezidenti Anniken Vestbi onları bir şərtlə qəbul edəcəklərini söyləyib: “Bizim mövqe dəyişməz olaraq qalır. Rusiyalı şahmatçılara Norveç vətəndaşlığı verməyə hazırıq. Amma bir şərtlə: onların Vladimir Putinin Ukraynada işğalçılıq siyasətini dəstəkləməməlidi. Digər müraciətləri isə dəyərləndirmək bizim üçün problem deyil”.
Xatırladaq ki, artıq Rusiya Şahmat Federasiyası Asiyada keçiriləcək yarışlara iştirak ərizəsi təqdim edəcək. Bunun nəticəsində öz gələcəyini Avropada görən artıq bir neçə şahmatçı vətəndaşlığını dəyişmək qərarına gəlib.