Dünya Şahmat Tacı uğrunda turnirdə mübarizə davam edir. Sport24.az xəbər verir ki, Qazaxıstanın paytaxtı Astanada keçirilən7-ci görüşdə şahmat həvəskarları növbəti dramatik partiyanın şahidi olub.

Seriyanın 6-cı oyununda Dinq Lirenə məğlub olaraq üstünlüyünü əldən verən Yan Nepomnyaşi bu dəfə pərəstişkarlarını sevindirib. Rusiyalı qrossmeyster çinli şahmatçıya debütdə fransız partiyasını təklif etsə də, artıq 5-ci gedişdə çətin vəziyyətə düşüb.

Buna baxmayaraq, Yan mittşpildə vəziyyətdən çıxmağı bacarıb. Amma Liren gedişlərə çox vaxt ayırdığından vaxt problemi ilə üzləşib.

Nəticədə Asiya təmsilçisi 37-ci gedişdə seytnonta düşüb. Bununla da, rusiyalı şahmatçı seriyada yenidən hesabda önə keçib – 4:3.

Yeri gəlmişkən, Nepomyaşi 17 ildən sonra “tac” uğrunda görüşdə 3 partiyada qalib gələn ilk rusiyalı şahmatçı kimi tarixə düşüb. 2006-cı ildə Veselin Topalovla görüşdə Vladimir Kramnik belə bir göstərici ilə yadda qalıb.

Turnir həmçinin nadir hallarda heç-heçələr qeydə alınması ilə də diqqət mərkəzinə düşüb. Sonuncu dəfə 2004-cü ildə Rüstəm Kasımjanovla Maykl Adams arasındakı seriyada indiki kimi ilk 7 oyunda 5 qələbə və 2 heç-heçə qeydə alınmışdı.