Sabah dünya şahmat həvəskarlarının diqqəti Qazaxıstana yönələcək. Sport24.az xəbər verir ki, mayın 1-nə qədər davam edəcək Dünya Şahmat Tacı uğrunda yarışda rusiyalı Yan Nepomnyaşi ilə çinli Dinq Liren üz-üzə gələcək.

 Hazırkı çempion Maqnus Karlsenin “tac”dan imtina etməsindən sonra İddiaçılar Turnirinin qalibi Nepomnyaşi yarışı ikinci sırada başa vuran Lirenlə qarşılaşmaq məcburiyyətində qaldı. Ötən dəfə Karlsenə məğlub olan Nepomnyaşi bu dəfə qalib gəlmək üçün bütün qüvvəsini səfərbər edəcək. Hər halda, rəqib də norveçli şahmatçı deyil.

Rusiyalı qrossmeysterin məşqçisisı Vladimir Potkin “yetirməsi”nin potensialına inanır: “Tac uğrunda mübarizə ağ kağızdan başlayacaq. İndiki məqamda hər şey Yanın hansı formada olmasından asılı olacaq. Nepomnyaşi kritik vəziyyətlərdə risk etməyə də hazırdı. O, lövhədə dəyişiklikləri oxuyas bilir. Dubayda Karlsenə qarşı tac uğrunda görüşdə Nepomnyaşi ondan çox şey öyrəndi. Artıq o nəzəri biliklərini həyata keçirə bilər. Bu təcrübə Lirenlə oyunda ona fayda verəcək. Mixail Botvinnikin yaxşı bir sözü var idi: oyunda istənilən detalın böyük əhəmiyyəti var”.