Dünya Şahmat Tacı uğrunda görüşdə uğur qazanmaq üçün Yan Nepomnyaşi bütün qüvvəsini səfərbər edib. Sport24.az xəbər verir ki, 2 il əvvəl Dubayda norveçli rəqibinə məğlub olan rusiyalı qrossmeyster hazırda dünya çempionu olmaq üçün daha şanslı görünür.
Çünk Maqnus artıq “tac”dan imtina edib və Yanı daha münasib rəqiblə görüş gözləyir. Hər nə qədər Dinq Liren asan təslim olan rəqib olmasa da, Nepomnyaşi bu duelin əsas favoritidi. Astanaya hazırlıqlı gələn rusiyalı şahmatçı öz şəxsi kreslosunu da gətirib. O, çinli rəqibinə qarşı keçirəcəyi 14 partiyanın hamısında öz şəxsi kreslosunda əyləşəcək.