11-ci Vüqar Həşimov Memorial turnirində Azərbaycanı təmsil edəcək şahmatçılar Rauf Məmmədov və Aydın Süleymanlı yarışla bağlı fikirlərini bildiriblər. Zəka sahibləri turnirin maraqlı mübarizə şəraitində keçəcəyini deyiblər.

 

Rauf Məmmədov: "Bütün rəqiblər güclüdür və çətin oyunlar olacaq. Demək olar ki, hər biri ilə maraqlı görüşlərimiz olub. Bu dəfə də bizi çox maraqlı yarış gözləyir. Çalışacağam ki, yaxşı çıxış edim və uğurlu nəticə qazanım".

 

Aydın Süleymanlı: "Bu mənim Vüqar Həşimovun xatirəsinə keçirilən turnirlərdə dördüncü iştirakım olacaq. Turnirdə güclü şahmatçılar mübarizə aparacaq. İştirakçı sayının altı olması yarışın daha da maraqlı olacağından xəbər verir. Məqsədim daha yaxşı çıxış etmək və Xankəndidə qaliblər sırasında yer almaqdır".

 

Qeyd edək ki, Xankəndidə keçiriləcək turnirə dekabrın 9-da start veriləcək.