Maqnus Karlsenin titulunu qorumaqdan imtina etməsindən sonra Dünya Şahmat tacı uğrunda görüşdə rusiyalı Yan Nepomnyaşi ilə çinli Dinq Liren üz-üzə gələcək. Sport24.az xəbər verir ki, şahmat üzrə 13-cü dünya çempionu Qari Kasparov bu görüşün statusunu qəbul etmədiyini söyləyib.

Amma o, norveçli qrossmeysterin tacdan imtina etməsinə də şərh verməyib: "Fikrimcə, Şahmat tacı uğrunda görüşdə dünyanın ən güclü qrossmeysterləri üz-üzə gəlməlidi. Bu görüşdə güclü şahmatçı görmürəm. Maqnusun geri çəkilməsi isə ayrı söhbətdi, indi bu haqda danışmaq istəmirəm. Təəssüf ki, Karlsen titulunu qorumaqdan imtina etdi. Ola bilsin ki, Nepomnyaşi ilə Liren arasındakı görüş ictimaiyyətin diqqətini cəlb etsin. Amma buna dünya çempionatı deməzlər”.