Rusiyanın Krımı işğal siyasətini dəstəklədiyinə görə beyəlxalq yarışlardan kənarlaşdırılan Sergey Karyakin cəzalandırılmasının təşəbbüskarının adını çəkib. Sport24.az xəbər verir ki, o, bütün bunlara görə FİDE-nın baş direktoru Emil Sutkovskini günahlandırıb: “Bu adamın iç üzünü çoxdan açmışam. Onun videosu əlimə keçmişdi. Həmin kadrlarda Sutovskinin “mən ilk dəfə olaraq Karyakinin Rusiya millisinidən diskvalifikasiya edilməsi təklifini irəli sürmüşməm”, “ilyarım onun diskvalifikasiyası üçün az müddətdi, onu artırmaq lazımdı”, “Karyakinə oynamağa icazə versələr, mən istefaya gedəcəm”, “ilk görüdüyümüz iş rusiyalı sponsorların ayağını kəsmək oldu” tipli açıqlamar yer alıb. Son bir neçə ay ərzində Donbassda olduğumdan onun cavabını verməyə vaxtım olmamışdı. Sutovskinin siyasi düşüncələri ortadadı. O, açıq-aşkar rusofobdur və bunu heç vaxt da gizlətməyib. Onun məni hədəf alması da manipulyasiyadan başqa bir şey deyil”.

Xatırladaq ki, Avropa çempionu olan 46 yaşlı Sutovski Bakıda anadan olub.