Şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsen Şahmat Tacı uğrunda yarışı izləmək üçün Astanaya gələcək. Sport24.az xəbər verir ki, hazırda Los-Ancelesdə olan “tac”ın sahibi sosial şəbəkə vasitəsiylə “Astana çağırır” paylaşımını edib.

Xatırladaq ki, norveçli qrossmeyster ötən ilin iyulun 20-də rəsmi olaraq dünya çempionu titulunu qorumayacağını açıqlamışdı. Karlsen 2013-cü ildən bu titulu əlində saxlayırdı. O, həmin vaxt hindistanlı şahmatçı Vişvanatan Anandı 6,5:3,5 hesabı ilə məğlub etmişdi. Bundan sonra Maqnus 4 dəfə “tac”ı qorumaq üçün görüş keçirmiş və müxtəlif illərdə Vişvanatan Anandı, Sergey Karyakini, Fabianu Karuananı və hazırda Dinq Lirenlə oynayan Yan Nepomnyaşini məğlub etmişdi.Astanaya gedəcək