Şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsen titulundan imtina etdikdən bir müddət sonra yenidən “tac”ı ələ keçirə bilər. Sport24.az xəbər verir ki, bunun üçün Karlsen İddiaçılar Turnirinə qatılmalıdır.

Bu barədə FİDE-nin baş direktoru Emil Sutovski məlumat verib: “Maqnusun 2024-cü ildə Torontoda keçiriləcək İddiaçılar turnirinə qatılacağını istisna etmirəm. Onun bu turnirdə iştirak etmək üçün hansısa yarışlara qatılmasına ehtiyac yoxdu. Onsuz da reytinqlə ora düşür. Gələn il İddiaçılar Turnirində yeni nəslin nümayəndələri də olacaq. Orada 2-3 nəfərlə yarışmaq Maqnus üçün maraqlı olacaq. Həm də unutmayaq ki, norveçli qrossmeysterin bu il 33 yaşı tamam olacacaq. O, artıq uşaq deyil. 2024-cü ildəki turniri buraxsa, 2026-cı ildə artıq 36 yaşı olacaq. Həmin vaxt əvvəlki kimi pik vəziyyətində olacaqmı?”.