Şahmat üzrə dünya çempionu Maqnus Karlsen “Airthings Masters” onlayn turnirinin qalibi olub. Sport24.az xəbər verir ki, norveçli qrossmeyster finalda amerikalı şahmatçı Hikaru Nakamuranı 2,5:1,5 hesabıyla məğlub edib.
Xatırladaq ki, Karlsen yarımfinalda hindistanlı Arcun Eriqeysini, Nakamura isə həmvətəni Uesli Sonu üstələmişdi. Bu turnirində ikinci divizonun qalibi isə Fabiano Karuana olub.
Qeyd edək ki, “Airthings Masters” turniri “Champions Chess Tour”unun ilk mərhələsi idi. Bu turnirin mükafat fondu 235 min dollardan ibarətdir.