Hindistanda keçirilən qadınlar arasında şahmat üzrə Qran-pridə qalmaqal yaşanıb. Sport24.az xəbər kix yarışdan əvvəl qazaxıstanlı şahmatçı Jansaya Abdulmalik hava limanında təşkilatçıların onu qarşılamamasından qəzəblənərək turnirdən çəkilmək qərarına gəlib.

Nəticədə FİDE Qran-prisinə 11 şahmatçı ilə start verilib. Yeri gəlmişkən, turnirdə iştirak edən digər qazaxıstanlı şahmatçı Bibisar Asaubayeva həmyerlisini bu hərəkətinə görə tənqid edib. FİDE prezidenti Arkadi Dvorkoviç də baş verənlərə görə narahatlığını bildirib. O, Abudlmalikin bu hərəkətinə haqq qazandırmasa da, təşkilatçıların yanlışlığa yol verdiyini etiraf edib.