Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2023-cü ilin yeni reytinq siyahısını rəsmi saytında yerləşdirib. 

Azərbaycan təmsilçisi Teymur Rəcəbov 2747 xalla 11-ci pillədəki mövqeyini qoruyub. Şəhriyar Məmmədyarov bir pillə geriləyərək 2740 xalla 15-ci olub. Dünya şahmatçılarının ilk yüzlüyündə daha bir şahmatçımız var. Milli komandanın üzvü Qədir Hüseynov 2661 xalla 84-cü yerdə qərarlaşıb. 

Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2852) başçılıq edir. Rusiyalı Yan Nepomnyaşi (2793) ikinci, çinli Liren Dinq (2788) üçüncüdür.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2472) 20-ci, Ülviyyə Fətəliyeva (2427) 39-cudur. Gənclər arasında dünya çempionu Gövhər Beydullayeva 2387 xalla 58-ci sırada qərarlaşıb. Digər şahmatçılara gəlincə Xanım Balacayeva (2379) və Gülnar Məmmədova (2376) müvafiq olaraq 67 və 69-cu sırada yer alır.  

Qadın şahmatçıların reytinqinə 2638 xalla çinli Hou Yifan liderlik edir.