Bu gün kişilər arasında sürətli şahmat üzrə Azərbaycan çempionatında tay-breklər keçirilib. Sport24.az xəbər verir ki, daha 3 cütdə ən güclülər müəyyənləşib.

 

Nicat Məmmədov Süleyman Süleymanlıya, Azər Mirzəyev Vüqar Rəsulova uduzub, Namiq Quliyev isə Rəhim Qasımovdan güclü olub. Qaliblər 1/8 finala vəsiqə qazanıblar.

 

Qeyd edək ki, çempionat Olimpiya sistemi üzrə keçirilir. Bundan əvvəl Eltac Səfərli, Məhəmməd Muradlı, Vüqar Əsədli, Əhməd Əhmədzadə, Misrəddin İsgəndərov, Riad Səmədov və Fərid Abbasov növbəti mərhələyə adlayıblar.