Sabiq dünya çempionu Anatoli Karpov da Qazaxıstanın paytaxtı Astanada Şahmat Tacı uğrunda görüşdə üz-üzə gələn Yan Nepomnyaşi ilə Dinq Liren arasındakı görüş haqda fikirlərini bölüşüb. Sport24.az xəbər verir li, rusiyalı qrossmeyter həmyerlisinin çinli şahmatçı ilə oyunda çətinlik çəkəcəyini düşünür: “Çinlilər SSRİ şahmatının bütün müsbət keyfiyyətlərini mənimsəyib. Mənə elə gəlir ki, Nepomnyaşinin işi adan olmayacaq. Yenə də bizə gözləmək qalır. Doğrusu, onların hazırlıq prosesindən xəbərim yoxdu. Ümid edirəm ki, Yan 2021-ci ildə Karlsenə məğlubiyyətdən nəticə çıxara bilib”.