Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Arkadi Dvorkoviç BOK-un Rusiya və Belarus idmançıları ilə bağlı tövsiyyələrinə münasibət bildirib. Sport24.az xəbər verir ki, qurumun rəhbəri burada yenilik görmədiyini söyləyib: “Məsələ ondadır ki, hələ ötən ildən BOK-un indiki tövsiyyələrinə əməl edirik. Bununla yanaşı, digər beynəlxalq federasiyalardan da ciddi şəkildə fərqlənirik. Bizim yarışlarda rusiyalı idmançılar neytral statusda çıxış edirlər. BOK-un tələblərinə uyğun gəlməyən idmançılara da yarışlarımızda iştirak etməyə icazə vermirik. İstənilən halda, vəziyyəti nəzarət altında saxlayırıq. FİDE-nin hər iclasında bu məsələlər müzakirə olunur. Aktual mövzu olduğundan növbəti dəfə biz bunu müzakirə edəcəyik".