Bu gün Batumidə qadınlar arasında şahmat üzrə Dünya kuboku start götürüb. Sport24.az xəbər verir ki, "uduzan çıxır"sistemi ilə keçiriləcək yarışda Azərbaycanın 4 şahmatçısı da çıxış edir.

 

Təmsilçilərimizdən Gövhər Beydullayeva 1-ci mərhələnin ilk oyununda ağ fiqurlarla Anahita Zahedifarla (İran) və Gülnar Məmmədova isə qaralarla Yunşan Li (Kanada) ilə heç-heçə ediblər - 0,5:0,5.

 

Dünya kubokundakı digər şahmatçılarımızdan Ülviyyə Fətəliyeva Avstraliyadan Jilinq Janqla, Xanım Balacayeva qazaxıstanlı Elnaz Kaliaxmetlə ilə qarşılaşacaq.