Sentyabrın 2-də Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. 
Sport24.az xəbər verir kiz iclasda AŞF-nin prezidenti Mahir Məmmədov, I Vitse-prezident Faiq Həsənov, baş katib İlahə Qədimova, İcraiyyə Komitəsinin üzvləri və  federasiyanın nümayəndələri iştirak edib.


Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov çıxışında kişi və qadın şahmatçılardan ibarət milli komandaların Budapeştdəki Ümumdünya Şahmat Olimpiadasına hazırlığı barədə məlumat verib.

 

Hər iki komandanın Macarıstandakı mötəbər yarışa hazırlaşması üçün lazımi şəraitin yaradıldığı barədə məlumat verilib. Bildirilib ki, qadın şahmatçılardan ibarət milli son məşqləri İsmayıllının Basqal kəndində keçirir.
İclas zamanı 2025-ci ildə təşkil olunacaq kişi və qadınlar arasında Azərbaycan çempionatının təqdimatı nümayiş etdirilib, 2025-ci ildə keçiriləcək yerli turnirlərin təqvim planı müzakirə edilib. Görüşdə gələn ilin təqvim planının qısa zamanda təsdiqlənməsi barədə federasiyanın katibliyinə tapşırıq verilib.