Şahmat üzrə sabiq dünya çempionu Vişvanatan Anand sabah Astanada start götürəcək Şahmat Tacı uğrunda görüşlə bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, hindistanlı qrossmeyster Dinq Liren qarşısında Yan Nepomnyaşini qismən şanslı görsə də, çinli şahmatçını təhlükəli rəqib adlandırıb: “İndiki vəziyyətdə Nepomnyaşi qismən favoritdir. Hər halda, onun bu turnirdə təcrübəsi var. Hər halda, özüm də bu vəziyyətə düşmüşəm. İkinci dəfə bu turnirə qatılanda qismən özünəinam hissin artır. Üstəlik, son vaxtlar Yan demək olar ki, bütün turnirlərə qatılıb. Liren isə koronavirusla bağlı məhdudiyyətlərə görö Çindən kənara çıxmırdı. Bu da öz təsirini göstərə bilər. Amma Liren güclü şahmatçıdı. Onu məğlub etmək çox çətindir. Hamımız yaxşı xatırlayırıq ki, Dinq klassik şahmatda ardıcıl 100 oyun uduzmayıb. Bu, çox ciddi rəqəmdi. Çinli qrossmeyter ümidsiz vəziyyətlərdən belə xilas olmağı bacarır. Üstəlik, fiziki hazırlığı da yerindədir. O, turnirlərin sonlarında çox yaxşı çıxış edir. Yəqin ki, Nepomnyaşinin komandasının bundan xəbəri var. Hətta istisna deyil ki, 14 partiyanın hamısı heç-heçə başa çatsın!”.