Paris-2024 Yay Olimpiya Oyunlarının məşəli yandırılıb. Sport24.az xəbər verir ki, dördilliyin ən mötəbər idman yarışının rəmzi Yunanıstandakı qədim Olimpiyada alovlandırılıb.

 

Olimpiadanın açılışına 3,5 aydan az vaxt qalmış yandırılan məşəl Akropoldan Fransa Polineziyasına qədər səyahət edərək iyulun 26-da Parisdəki açılış mərasiminə çatdırılacaq. Koronavirus pandemiyasından sonra ilk dəfə tədbir ictimaiyyət üçün açıq olacaq. Tokio-2020 və Pekin-2022-də məşəlin alovlandırılması qapalı təşkil edilib.

 

Mərasimə 600-ə yaxın yüksək vəzifəli nümayəndə qatılıb. Nümayəndə heyətinə Yunanıstan Olimpiya Komitəsinin prezidenti Katerina Sakellaropulu və onun Beynəlxalq Olimpiya Komitəsindəki həmkarı Tomas Bax rəhbərlik ediblər.

 

Olimpiya estafetində məşəli ilk daşıyan Tokio-2020-nin çempionu Stefanos Douskos olub. Yunanıstanlı Yaponiyada avarçəkmə üzrə olimpiya çempionu olub. Fransanın ilk məşəlçisinin Afina-2004-ün çempionu üzgüçü Lora Manadu olacağı planlaşdırılıb.

 

Qeyd edək ki, Paris-2024-ün açılış mərasimi iyulun 26-da Sena çayı üzərindəki "Jardins du Trocadero"da baş tutacaq.