Bu gün Azərbaycanın taekvando üzrə milli komandası Tokio-2020-də mübarizəyə başlayıb. Sport24.az ilk olaraq 67 kq çəki dərəcəsində yarışan qadın idmançımız Fəridə Əzizova döyüş meydanına çıxıb.

O, 1/8 finalda ABŞ təmsilçisi Peyc Makfersonla qarşılaşaraq 5:8 hesabı ilə məğlub olub. Fəridə ilk raundda 2:0 hesablı qələbə qazansa da, ikinci raundda 0:5 hesabı ilə uduzub. Üçüncü raundda isə heç-heçə qeydə alınıb - 3:3. Əzizova Tokio-2020-də Azərbaycan milliisinin bayraqdarlarından biri olub.

Digər taekvonduçumuz Milad Beigi Hərçəqani də Tokio-2020-də mübarizəyə qoşulub. 80 kq çəki dərəcəsində yarışan idmançımız 1/8 finalda Çin Taypeyini təmsil edən Liu Vey-Tinq üzərində 15:11 (0:0, 6:7, 9:4) hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə o, Özbəkistan idmançısı Nikita Rafailoviçlə görüşəcək. Döyüşün Bakı vaxtı ilə saat 10.15-də başlanması nəzərdə tutulub.