Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan milli komandasının heyətinə daha bir idmançı əlavə olunub. Sport24.az xəbər verir ki, boksçu Nicat Hüseynov Fransa paytaxtına yollanacaq komandanın sayını 10-a yüksəldib.

 

O, İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində bu hüququ əldə edib. Nicat 1/4 finalında Rosko Hillə (ABŞ) qalib gəlməklə bu uğura nail olub. Boks yığmamız Fransaya 3-cü lisenziyanı qazanıb.

 

Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanan idmançılar

Gimnastika
Zöhrə Ağamirova

Güləş
Maqomedxan Maqomedov (97 kq), sərbəst güləş
Sənan Süleymanov (77 kq), yunan-Roma güləşi
Həsrət Cəfərov (67 kq), yunan-Roma güləşi

Atletika
Anna Skidan, çəkicatma

Boks
Murad Allahverdiyev (80 kq)
Məhəmməd Abdullayev (+92 kq)
Nicat Hüseynov (51 kq)

Taekvondo
Qaşim Maqomedov (58 kq)

Atıcılıq
Ruslan Lunyov (10 m, pnevmatik tapança)