Azərbaycanın idman gimnastı İvan Tixonov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. Sport24.az xəbər verir ki, fərdi çoxnövçülükdə qüvvəsini sınayan idmançımız dayaqla tullanmada ilk yanaşmasında 13.600 xal toplayıb.

25 yaşlı Tixonov ikinci yanaşmasında isə hərəkəti dəqiq yerinə yetirə bilməyib. Daha doğrusu, erə yıxılan idmançımız xal qazana bilməyib.

Paralel qollarda 12.766, turnikdə hərəkətlərdə 13.133, sərbəst hərəkətlərdə 13.233, dəstəli at üzərində isə 13.366, halqalarda 14.200 xal alan gimnastımız ümumilikdə 80.298 xalla 45-ci yeri tutub.

İvan fərdi çoxnövçülükdə "24-lüy"ə, fərdi hərəkətlərdə isə "8-liy"ə düşə bilməyib. Bununla da, o, final mərhələsindən kənarda qalıb.