Tokio-2020-də daha bir boksçumuz mübarizəyə başlayıb. Sport24.az xəbər verir ki, Alfonso Dominges1/8 finalda özbəkistanlı Dilşodbek Ruzmetovla qarşılaşıb.

Kuba əsilli idmançı 4:1 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə Dominqesin rəqibi Türkiyə boksçusu Malkan Bayram olacaq. Döyüş iyulun 30-da keçiriləcək. 

Xatırladaq ki, buna qədər mübarizəyə qoşulan digər boksçularımızdan Cavid Çələbiyev (63 kq.) və Məhəmməd Abdullayev (+91 kq.) 1/16 finalda qələbə qazanaraq növbəti mərhələyə yüksəliblər,  Tayfur Əliyev (57 kq.) və Lorenzo Sotomayor (69 kq.) isə ilk döyüşlərində uduzaraq mübarizəni dayandırıblar.