Ukraynanı Tokio 2020 Olimpiya Oyunlarında təmsil edən azərbaycanlı güləşçi Pərviz Nəsibov bu gün mübarizəyə qoşulub. Sport24.az xəbər verir ki, 67 kq çəki dərəcəsində çıxış edən idmançı ilk görüşündə 1/8 finalda  Frederik Bjerrehusu (Danimarka) 5:1 hesabı ilə məğlub edib.

1/4 finalda isə Artem Surkova (Rusiya Olimpiya Komitəsi) qalib gələn Nəsibov yarımfinala vəsiqə qazanıb. O, Əl-Sayedə 7:6 hesabı ilə qalib gələrək finala adını yazdırıb. Bununla da .Nəsibovun medalçılar sırasında yer alacağı dəqiqləşib.