Azərbaycan komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında 6-cı medalı təmin edib. Sport24.az xəbər verir ki, buna 61 kq-dan yuxarı çəkidə çıxış edən qadın karateçi İrina Zaretska nail olub.

Belə ki, dünya çempionu A qrupundakı 3 görüşünü qələbə ilə bitirərək yarımfinala yüksəlib. Bununla da 25 yaşlı Zaretska ən azı bürünc medalı təmin edib.

Xatırladaq ki, daha əvvəl cüdoçu İrina Kindzerska (+78 kq), boksçu Alfonso Dominges (81 kq) və yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) bürünc, karateçi Rafael Ağayev (75 kq) gümüş medal qazanıb. Bundan başqa sərbəst güləşçi Hacı Əliyev (65 kq) finala yüksəlib, qadın güləşçi Mariya Stadnik (50 kq) və daha bir sərbəst güləşçi Şərif Şərifov (97 kq) bürünc medal uğrunda döyüşəcək.