Güllə atıcımız Ruslan Lunyov Tokio-2020 Yay Olimpiya Oyunlarında kişilərin kiçikçaplı tapançadan 25 metr məsafəyə atəşaçma yarışında çıxış edib. Sport24.az xəbər verir ki, idmançımız birinci təsnifatda 281 xal toplaya bilib. Lunyov 27 idmançı arasında 24-ci yeri tutub.

Sabah isə yarışın ikinci təsnifat mərhələsi və finalı keçiriləcək. Həlledici raundda ən yaxşı nəticə göstərmiş 6 atıcı iştirak edəcək.

Xatırladaq ki, Lunyov iyulun 24-də kiçikçaplı tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 20-ci yerlə kifayətlənib.