Qılıncoynatma üzrə olimpiya çempionu Timur Safin Olimpiadada iştirak etmək üçün MOİK-in üzvlüyündən çıxmayacağını açıqlayıb. Sport24.az xəbər verir ki, o, Beynəlxalq Olimpiya Komitəsinin heç bir tələblərini yerinə yetirməyəcəyini söyləyib: “Ümid sonda ölür. İnanırıq elə bir dövr gələcək ki, normal şərtlərdə yarışlara qatılacağıq. Paris Olimpiadasında iştirak etmək üçün özümüzü hazırlayırıq. Yox, qarşımıza normal şərtlər qoymnasalar, başqa məqsədlərə köklənəcəyik. Sona qədər öz klubuma sadiq qalacam. Ordu klubunu təmsil etdiyimə görə fəxr edirəm və bu Olimpiadada iştirak etmək xatirinə onun sıralarını tərk etmək fikrində deyiləm”.