Yunan-Roma güləşçisi Sabah Şəriəti Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb. Sport24.az xəbər verir ki, 130 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda estoniyalı Alimxan Sızdıkovla ilə üzləşib.

 

Rəqibinə qalib gələn Şəriəti 4:0 hesabı ilə yarımfinala yüksəlib.

 

Qeyd edək ki, yarışa 1/8 finaldan qoşulan Şəriəti estoniyalı Heyki Nabiyə sonuncu xal (1:1) prinsipi ilə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanmışdı.