Olimpiya Oyunlarında güləş yarışlarında növbəti günün püşkatması keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycanın daha iki pəhləvanının rəqibi bəlli olub.

 

 

Yunan-Roma güləşində Sənan Süleymanov (77 kq) bolqarıstanlı Aik Mnatsakanyanla qarşılaşacaq. Qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə Almaniyanı təmsil edən Anastasiya Blavyasla yarışacaq. Hər iki idmançımız mübarizəyə 1/8 finaldan qoşulacaq.

 

 

6 avqust

Yunan-Roma güləşi

77 kq

Sənan Süleymanov - Aik Mnatsakanyan (Bolqarıstan)

 

Qadın güləşi

50 kq

Mariya Stadnik - Anastasiya Blavyas (Almaniya)