Paralimpiya Azərbaycan millisi Paris-2024 Yay Paralimpiya Oyunlarına növbəti lisenziyanı əldə edib.

Sport24.az xəbər verir ki, bu uğura paraüzgüçü Könül Süleymanova nail olub.

Azərbaycan paralimpiyaçısı S2 kateqoriyasında lisenziyaya sahib çıxıb.

Qeyd edək ki, Azərbaycan yığması bunadək Paralimpiadaya 10 vəsiqə qazanmışdı.