Bu gün Milli Olimpiya Komitəsində "CBC Sport" kanalının rəhbərliyi ilə görüş keçirilib. Sport24.az xəbər verir ki, uğurlu əməkdaşlığa görə kanala xüsusi təşəkkürünü bildirən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Volkan Üstə baş direktoru olduğu telekanalı 6 yaşı münasibətilə xüsusi hədiyyə təqdim edib.

Görüşdə MOK-un baş katibinin müavini Azər Əliyev, "CBC Sport"un baş redaktoru Şəmsəddin Abbasov da iştirak edib.

Xatırladaq ki, MOK-un və "CBC Sport"un birgə layihəsi olan "Olimpiya günü" verilişi adıçəkilən telekanalda yayınlanır. 

Bir 4 nəfər və içəridə şəkili ola bilərBir 5 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər