Azərbaycan cüdoçuları Tokio-2020-yə uğursuz start veriblər. Sport24.az xəbır verir ki, 60 kq çəki dərəcəsində yarışan Kəramət Hüseynov 1/16 finalda Böyük Britaniyadan olan Eşli Makkenziyə vazari ilə qalib gəlsə də, növbəti mərhələdə uduzub. Belə ki, o, 1/8 finalda Gürcüstan idmançısı Lukum Tsxvimianiyə ipponla məğlub olaraq mübarizəni erkən başa vurmalı olub.

Qadın cüdoçumuz Aişə Qurbanlı (48 kq) isə 1/16 final mərhələsində Katarina Koştaya (Portuqaliya) uduzub. Bununla da, hər iki idmançımız üçün ilk Olimpiya Oyunları uğursuz alınıb.

Xatırladaq ki, Azərbaycanı Tokio-2020-də 9 cüdoçu təmsil edir.