Sərbəst güləşçimiz Hacı Əliyev Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarını medalsız başa vurub. Sport24.az xəbər verir ki, 65 kq çəki dərəcəsində yarışan, üçqat dünya və dördqat Avropa çempionu olan idmançının 1/4 finalda məğlub olduğu Macarıstan təmsilçisi İsmail Muszukayev finala vəsiqə qazana bilməyib.
İ
Muszukayev yarımfinalda iranlı Rahman Amuzadxaliliyə 0:10 hesabı ilə məğlub olub.
Nəticədə güləşçimiz medal şansından məhrum olub.