Boksçumuz Nicat Hüseynov Paris-2024 Oyunlarında bu gün rinqə çıxıb. Sport24.az xəbər verir ki, 51 kq çəkidə mübarizə aparan Hüseynov 1/8 finalda Dominikan Respublikasının təmsilçisi Yunior Alkantara Reyeslə döyüşüb.
Nicat bu mübarizədə 0:5 (28:29, 27:30, 27:30, 28:29, 28:29) hesabı ilə məğlub olaraq Olimpiadada çıxışını bitirib.