Paris-2024 Yay Olimpiya Oyunları zamanı 40 ölkənin hərbçi və polisləri təhlükəsizliyə cavabdeh olacaqlar. Sport24.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

 

İdmançıların təhlükəsizliyi və asayişin qorunmasında 2000-ə yaxın mühafizəçi məşğul olacaq. Hazırki məqamda ABŞ, Polşa, Belçika, İngiltərə, Almaniya, Danimarka, İspaniya, Litva və Niderland kimi ölkələr Parisə nümayəndə göndərəcəklərini təsdiqləyiblər. Təhlükəsizlik keşikçiləri xüsusi itlərdən və aparatlardan istifadə edəcəklər.

 

Qeyd edək ki, Paris-2024 Olimpadası iyulun 26-dan avqustun 11-nə kimi davam edəcək.