Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər. Sport24.az xəbər verir ki, dövlət başçısı görüşdə çıxış edib.

Xatırladaq ki, Türkiyənin Konya şəhərində keçirilən bu turnirdə Azərbaycan qazandığı 99 medalla yekun sıralamada 4-cü olub.