Azərbaycanın qadın basketbolçulardan ibarət 3x3 yığması Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

Sport24.az xəbər verir ki, yığmamız yarımfinalda Özbəkistan seçməsi ilə qarşılaşıb.

Azərbaycan basketbolçuları yekunda 16-6 hesabıyla qələbə qazanıblar.

Milli komanda finalda Mali yığması ilə üz-üzə gələcək. Oyun bu gün Bakı vaxtı ilə saat 21:10-da başlayacaq.