Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları davam edir. Sport24.az xəbər verir ki, sərbəst güləşçimiz Hacı Əliyev (65 kq) final görüşünə çıxıb.

O, final görüşünü də qalib başa vuraraq qızıl medala sahib çıxıb.

Xatırladaq ki, Hacı 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının da qalibi olmuşdu.